image-gorusmbackend

Moskva görüşü həlledici olacaq: Azərbaycan sərt mövqe sərgiləyəcək, Qərb dövlətləri də…

image-reklam_sirab_01

Ermənilər Rusiyanın alətidir, rus siyasətinin girovudur. Onların nə maddi, nə fiziki imkanları yetərincədir, heç bir hərbi gücə malik deyillər. Qarabağdakı təxribatların törədilməsində birbaşa Rusiyanın əli var. Ruben Vardanyan və digər erməni separatçıları Rusiya kəşfiyyat orqanlarının əmrləri ilə oturub-duran şəxslərdir.

Bunu Publika.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Politoloq vurğulayıb ki, hazırda əsas diqqət mayın 25-də Rusiyada aparılacaq üçtərəfli danışıqlara yönəlib:

“Moskva görüşündə veriləcək qərardan çox şey asılıdır. Təbii ki, Nikol Paşinyan müstəqil fikri olmayan bir dövlət xadimidir. Odur ki, həmin görüşdən gözləntilər Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiyanın dövlət başçısı Vladimir Putinin mövqeyinə bağlıdır. Həmçinin onu da unutmamalıyıq ki, Cənubi Qafqazda yeganə xarici qoşun Rusiyanındır. Bu səbəbdən Moskva görüşünün həlledici olacağını düşünürəm”.

Siyasi ekspertin sözlərinə görə, əgər Rusiyada baş tutacaq danışıqlar heç bir səmərə verməzsə, bu halda erməni separatçılarına qarşı Azərbaycanın sərt mövqe sərgiləyəcəyi ehtimalı daha çoxdur. Qərb dövlətləri də bunu normal qarşılayacaq. Çünki onlar da bu təxribatların Rusiyanın göstərişi ilə baş verdiyini bilir və əlbəttə ki, rusların bölgədə hərbi mövcudluğunu qoruyub saxlamaq istəyinə qarşıdır.

Politoloq hesab edir ki, Ermənistanda da normal şəkildə, sülh şəraitində yaşamaq istəyən şəxslər var və elə insanların sayı az deyil. Sadəcə orada ziyalı mühitin, diplomatiya tərəfdarlarının hələ ki, cinayətkar zümrəyə təsir etmək imkanları məhduddur. Bununla yanaşı, həmin insanlar sülhlə bağlı fikirlərini ifadə etməyə çəkinirlər, çünki təhqirlərə məruz qalmaqdan və adlarının böyrünə “vətən xaini” damğasının yapışdırılacağından ehtiyat edirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki