image-muharibe-5-750x403backend

Münaqişə artıq öz həllini tapıb

image-reklam_sirab_01

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib.

1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnib. Azərbaycan ərazilərini işğal etmək məqsədilə həyata keçirilən hərbi əməliyyatlar hüquqi müstəvidə təcavüz kimi dəyərləndirilir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusuna qarşı döyüşməsi, Azərbaycan ərazilərinin işğalında birbaşa iştirakı və həmin ərazilərdə yerləşdirilməsi, qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradılması və s. kimi faktlar Ermənistanın münaqişədə tərəf kimi çıxış etdiyini sübut edir.

Cənab Prezidentimiz öz müsahibəsində bildirmişdir ki, münaqişə artıq öz həllini tapmışdır. Mövcud reallıq onu nümayiş etdirir ki, bu, düzgün mövqedir. Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır.

Düşmənin  məqsədi torpaqları geri qaytarmaq olmayıb. İndi azad edilmiş ərazilərimizdə qurulmuş istehkam qurğuları  göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. İlham Əliyev:  “Azərbaycan nə qədər çox müdafiə olunursa, daha çox əraziləri azad etmişdir”.  “Azərbaycanın kifayət qədər silah-sursatı, müasir silahları var və onları döyüş meydanında nümayiş etdirilmişdir”.    Ermənilər uduzduqlarını yaxşı bilirlər. Ona görə də silah-sursatı qoyub qaçırlar. İstila etdikləri torpaqların sahibinin gəldiyini görən döyüşçülər qaçmaqdan başqa  nə edə bilər ki ?
Onlar yaxşı bilirlər ki, bu torpaqlar Azərbaycan ərazisidir, lakin milli pisliklərindən qaçmaq istəmirlər. Onların ədalətsizliklərinin, qaniçənliklərinin cavabını Azərbaycan Ordusu ləyaqətlə cavablandırıb və lazım gələrsə, yenə də cavablandıracaqdır.

  Nəsimi rayon gənci,   Azərbaycan Dillər Universiteti tələbəsi

  Əliyeva Zenfira Taleh qızı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki