“Son vaxtlar qol vurmaqda çox çətinlik çəkirəm”.
Veteninfo.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyə “Bursaspor”undakı çıxışı barədə danışarkən deyib.
Evdə “Kocaelispor”a 2:1 hesabı ilə qalib gəldikləri ev oyununda yararlana bilmədiyi qol epizodundan söz açan 27 yaşlı yarımmüdafiəçi bunu tələskənliklə əlaqələndirib: “Bir addım öndə olsaydım, daha yaxşı olardı. Bir qol vursam, bəlkə də davamı gələcək. Amma heç cür tilsimi qıra bilmirəm. İnanıram ki, qarşıdakı matçlarda fərqlənərək, komandama kömək edə biləcəyəm”.