image-111backend

NATO dünyanın ən böyük kibermüdafiə təlimini keçirir

image-reklam_sirab_01

NATO 38 ölkədən 3000-dən çox iştirakçı ilə dünyanın ən böyük kibermüdafiə təlimini keçirir.

Estoniyada NATO-nun Birgə Kibermüdafiə Mükəmməllik Mərkəzi (CCDCOE) tərəfindən “Kilidli qalxanlar” adlı illik təlim keçirilir.

Vətəninfo.az xəbər verir ki, NATO-nun verdiyi açıqlamaya görə, aprelin 18-də başlayan və aprelin 21-dək davam edəcək təlimdə bilgisayar sistemləri real vaxt hücumlarına qarşı qorunacaq, kritik vəziyyətlərdə qəbul ediləcək taktiki və strateji qərarlar simulyasiya ediləcək.

Mavi və qırmızı komandaların iştirak etdiyi təlimdə NATO CCDCOE ölkələri və tərəfdaş ölkələrdən ibarət mavilər, 400 təşkilatçı tərəfindən hazırlanmış 5500-dən çox virtual sistemdə ədliyyə, hüquq və medianı əhatə edən sınaqlara müqavimət göstərəcək.

NATO CCDCOE direktoru Mart Noorma deyib: “Heç bir kibermüdafiə təlimi “Kilidli qalxanlar” qədər ixtisaslaşmış və ətraflı təcrübə təqdim edə bilməz. Dünyadakı 24 mavi komanda kritik infrastrukturların və bilgisayar sistemlərinin işə salınmasını təmin etməli olacaq. Komandalar real həyatdakı situasiyalarda və yüksək təzyiq altında sistemlərin işləməsini təmin etmək üçün onların nə edəcəklərini göstərəcək”.

Noorma yalnız texniki məsələlərə deyil, strategiya oyunları, hüquqi məsələlər və böhran ünsiyyəti kimi sahələrə də diqqət yetirəcəklərini bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki