image-bazar-696x392backend

Naxçıvan bazarında ciddi ucuzlaşma müşahidə edilir

image-reklam_sirab_01

Naxçıvan bazarında ucuzlaşma müşahidə edilir.

Ötən illə müqayisədə Naxçıvan bazarlarında meyvə və tərəvəzlərin qiymətlərində fərq var.

Məsələn, pomidor ötən il qış aylarında 15-17 manata satılırdısa, bu il 1 manat 50 qəpik 2 manat 50 qəpik civarında təqdim edilir. Həmçinin xiyar 7-8 manatdan 2 manat 50 qəpik, 3 manata enib. Digər meyvə və tərəvəzlər də keçən illə müqayisədə 1-2 manat daha aşağı qiymətə alıcılara təklif olunur.

Qeyd edək ki, əvvəlki illərdə muxtar respublikada tətbiq olunan bir sıra gömrük rüsumları, daxili bazarı qorumaq bəhanəsi ilə ticarət monopoliyasının yaradılması dükan və bazarlarda qiymət artımlarına gətirib çıxarırdı. Xüsusilə ərzaq malları, meyvə-tərəvəz kimi gündəlik istehlak olunan məhsullarda bahalaşma müşahidə olunurdu.

Son bir neçə ayda muxtar respublikada bir çox ərzaq məhsullarının, o cümlədən meyvə və tərəvəzlərin qiymətlərində kifayət qədər ucuzlaşmanın səbəbi gömrük orqanlarında olan struktur dəyişiklikləri və açıq bazar iqtisadiyyatına keçid göstərilir. Eyni zamanda idxal olunan məhsullardan alınan qeyri-qanuni və artıq vergilər də ləvğ edilib ki, bu da öz növbəsində əhalinin tələbatının daha keyfiyyətli və ucuz məhsullarla ödənilməsinə hərtərəfli şərait yaradıb. (Report)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki