Tələbin artması ehtimalı fonunda dünya bazarlarında nefin qiyməti artıb.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,3% bahalaşaraq 1 bareli 120,93 dollara satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,4% artıb və 1 bareli 119,89 ABŞ dolları təşkil edib.
Müsbət dinamika səfərlərin artması ilə əlaqədar yanacaq qiymətlərinin mümkün artması ehtimalı fonunda neft bahalaşıb.
Digər tərəfdən Amerika Neft İnstitutu (API) ABŞ-da “qara qızıl”ın kommersiya ehtiyatının 1,845 milyon barel artdığını açıqlayıb. Analitiklər isə ehtiyatların 1,8 milyon barel azalacağını güman edirdilər.