image-neftbackend

Neftin qiyməti ucuzlaşdı

image-reklam_sirab_01

Dünyanın ən böyük əmtəə birjalarında fevralın 7-də keçirilən ticarət sessiyalarının nəticələrinə görə aşağıdakı neft qiymətləri müəyyən edilib.

Veteninfo.az xəbər verir ki,Nyu-Yorkun NYMEX əmtəə birjasında (New York Mercantile Exchange) WTI (Light Sweet) markalı neftin qiyməti 0,71% ucuzlaşaraq 91,27 dollar olub. Londonun ICE (InterContinental Exchange Futures) birjasında Brent markalı neftin qiyməti 0,84% ucuzlaşaraq 92,49 dollar olub.

Neft üçün ölçü vahidi bareldir. Bir barel 158,98 litrdir.

Nyu York Ticarət Birjası (NYMEX) 1882-ci ildə əsası qoyulmuş, neft fyuçerslərinin ticarətində birinci yeri tutan Amerika fond birjasıdır. Hal-hazırda iki fond birjasında ticarət – NYMEX – neft, qaz, platin, palladium, etanol, kömür, elektrik enerjisi və karbon qazı emissiyaları – COMEX qızıl, gümüş, mis, alüminium.

London Qitələrarası Birja (ICE) 1982-ci ildə əsası qoyulmuş Londonda yerləşən qlobal maliyyə fyuçers birjasıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki