image-01-99backend

Nəsimi rayon İcra Hakimiyyətində Beynəlxalq Müəllimlər günü münasibəti ilə  tədbiri keçirilib.  

image-reklam_sirab_01

Tədbiri giriş sözü ilə  açan  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərov Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışmış,   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  son illər  respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan  addımlar,  Azərbaycan təhsilinin inkişafında  xüsusi xidmətləri  olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  gördüyü işlər və ötən  təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat vermişdir. Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanıb. Təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayan Ulu öndər Heydər Əliyev öz fəaliyyəti illərində bu sahəyə çox böyük diqqət və qayğı göstərmişdir.

“Müəllim – geniş ictimai mənada mütəfəkkir, ictimai xadim, insanların dünyagörüşünü və inamını formalaşdıran, onlara həyatda öz yolunu tapmaqda kömək edən”  insandır.

Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.

Natiq qeyd etmişdir ki, Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır.  Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə  təhsilə olan diqqət və qayğı göz qabağındadır.   Hər il xeyli təhsil işçisinə əməkdar müəllim adı, Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi buna əyani sübütdür.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə təltif edilmiş Nəsimi rayon təhsil işçilərini də təbrik edərək onlara şərəfli peşələrində  uğurlar arzulamışdır.

Tədbirdə Azərbaycan Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Azərbaycan Dillər Universitetinin prorektoru, millət vəkili Tamam Cəfərova, Vətən müahribəsi iştirakçısı Ehram Rəşidovun atası,  Texniki-humanitar Liseyin hərbi müəllimi Rüfət  Rəşidov, həmin liseyin  fizika müəllimi Vətən müharibəsi iştirakçısı  Vahid İbrahimov və   Nəsimi rayon təhsil işçiləri  çıxış edərək   təhsilə,   təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  öz dərin minnətdarlıqlarını və ehtiramlarını  bildirmişlər.

Tədbirin sonunda  iştirak edən  təhsil işçilərinə, hərbi rəhbər müəllimlərinə İcra Hakimiyyəti tərəfindən hədiyyələr  təqdim olunmuşdur.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki