image-50backend

Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş poçt markası buraxılıb

image-reklam_sirab_01

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC dahi şair və mütəfəkkirimiz Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş poçt markası buraxıb.

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Məlumata görə, buraxılış 1 markadan ibarət blok şəklində hazırlanıb. Blokun eskizi mövzuya uyğun olaraq tərtib edilib. Markanın üzərində Nizami Gəncəvinin portreti, blokun kənarlarında isə “Xəmsə”yə daxil olan poetik incilər miniatür şəklində təsvir olunub.

Müəllifi rəssam Orxan Qarayev olan poçt markası 5 min tirajla nəşr edilib. Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq çap olunub.

Bu ilin əvvəlində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunub. Bununla əlaqədar Nazirlər Kabineti “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”nı təsdiq edib. Sözügedən Tədbirlər Planında bu mövzuda poçt markasının hazırlanması da əksini tapıb.image-50 image-f37a9f17-7735-372e-9e2c-da8ac2772175

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki