image-1671126207_10backend

Nuranə Şıxəliyeva Türkiyədə mükafata layiq görüldü

image-reklam_sirab_01

“Əskərə xatirə kitabı” layihəsinin rəhbəri, tanınmış ictimai xadim Nuranə Şıxəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub.

Bu barədə məlumat verən Nuranə Şıxəliyeva bildirib ki, səfərdə məqsəd iki ölkə arasında olan münasibətlərin daha da inkişafı, layihə ilə bağlı gələcək ortaq planların müzakirəsi olub.

Səfər çərçivəsində Türkiyə Qaradəniz Vəqfi ilə geniş tərkibdə görüş keçirilib. Görüşdə Türkiyə tərəfdən ziyalılar, alimlər, qazilər o cümlədən ev sahibliyi edən Türkiyə Qaradəniz Vəqfinin rəhbəri Yusuf Cəvahir, Vakfın əməkdaşları Səidə ÖmərHüseyn Gülər, Tuncer Yılmaz, Əliriza Zor və digər nümayəndə heyəti iştirak edib. Görüşdə “Əskərə xatirə kitabı” layihəsi ilə Türkiyə Qaradəniz Vəqfi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Nuranə Şıxəliyeva həmçinin Türkiyə Qaradəniz Vəqfi tərəfindən xüsusi xidmlərinə görə təltif edildi.

Nuranə Şıxəliyeva göstərilən etimada görə öz təşəkkürünü bildirib. Qeyd edib ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki