image-1490805596_529913backend

Ölüm hökmü ləğv olundu – Bu ölkədə

image-reklam_sirab_01

Sakit Okeannın cənub-qərbində yerləşən Papua-Yeni Qvineyada ölüm hökmü ləğv edilib.

Veteninfo.az “Post Courier” nəşrinə istinadən xəbər verir  ki, ölkədə ölüm hökmünə məhkum edilənlərin hamısının cəzası amnistiya hüquq olmadan 30 il müddətinə ömürlük həbs cəzası ilə əvəz olunub.

Bildirək ki,  Papua-Yeni Qvineyada 1984-cü ildə qəbul edilmiş ölüm cəzası qatillərə, təcavüzkarlara, quldurlara, habelə dövlətə xəyanətdə ittiham olunan şəxslərə tətbiq olunurdu.

Ölkədə edam hökmü asılma üsulu ilə həyata keçirilirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki