image-reklam-veteninfo
image-1backend

Paşinyan: “ İranla münasibətləri dərinləşdirmək istəyirik” 

image-reklam-veteninfo

Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasında İranla münasibətlərin Ermənistan üçün xüsusi əhəmiyyət daşıdığını və Tehranla əlaqələri dərinləşdirmək istədiklərini bildirib.

Vətəninfo.az xəbər verir ki, Paşinyan qonşu ölkələrlə, o cümlədən İran və Gürcüstanla münasibətlərin İrəvan üçün vacib olduğunu deyib.

Paşinyan Ermənistan və Azərbaycan arasında sülhün Cənubi Qafqaz üçün yeni imkanlar açdığını qeyd edib. Onun sözlərinə görə, bölgədə tranzit yollarının inkişafı, o cümlədən TRIPP layihəsinin yaradılması bu imkanlardan biridir.

Nazir Azərbaycanla münasibətlərin qarşılıqlı hörmət, ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında inkişaf etdirilməsinin önəmini vurğulayıb. O, Ermənistanla Azərbaycanın əsas hiasəsinin Naxçıvanla dəmir yolu əlaqəsinin isə Fars körfəzi ilə Qara dəniz arasında yükdaşımalar üçün imkanlar yarada biləcəyini qeyd edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki