image-reklam-veteninfo
image-timthumb-2backend

Paşinyan: “Rusiya ilə münasibətlərimiz qaçılmaz olaraq dəyişəcək”

image-reklam-veteninfo

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərin ölkəsində formalaşan yeni şərait fonunda dəyişəcəyini bildirib.

Vətəninfo.az xəbər verir ki, Paşinyan “Bun TV”nin “Üçüncü Term” proqramına müsahibəsində Ermənistan-Rusiya münasibətlərinə toxunaraq qeyd edib ki, iki ölkə arasındakı əlaqələr əvvəlki kimi qala bilməz.
“Ermənistanda sülh mühiti olduğu müddətdə Ermənistanla Rusiya arasındakı münasibətlər qaçılmaz olaraq dəyişəcək. Çünki münaqişə şəraitində Ermənistan-Rusiya münasibətləri bir şeydir, sülh şəraitində Ermənistan-Rusiya münasibətləri isə başqa şeydir”, – deyə Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, regionda yeni reallıqların formalaşması Ermənistanın xarici siyasətində və digər ölkələrlə münasibətlərində də dəyişikliklərə səbəb olur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki