image-pasikbackend

Paşinyanın məsləhtçiləri Köçəryanı ciddi narahat etməyə başlayıb

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, 44 günlük müharibənin ardından,Ermənistan hakimiyyətinin həm Azərbaycan,həm də Türkiyə ilə münasibətlərin yaradılması istiqamətində addımlar atmağa meyilliyi sir deyil.Amma Nikol Paşinyan iqtidarı həm regionda sülhə nail olunması,eyni zamanda regional komunikasiya xətlərinin dalandan çıxarılması istiqamətində vermiş olduğu mesajlara baxmayaraq,Paşinyanın daxili siyasi abu-havaya təsiretmə imkanlarını itirməmək süçün ara-bir sülh və əməkdzşlıqla bağlı səsləndirdiyi mesajlara təsr fikirlər də bəyan etməkdədir.

Siyasi analtiklər bunu onunla izah edirlər ki, Paşinyan Ermənistan müxalifətini və ondan narazı kəsimləri idarəetmək üçün bu yola əlatır.

Ermənistan müxalifəti,xüsusən də Xocalı qatillərindən olan ölkənin ikinci prezidneti Robert Köçəryana bağlı qüvvələr  Paşinyanın son günlər davamlı olaraq Azərbaycan və Türkiyə ilə yaxınlaşmağa doğru addımlarının arxasında,Ermənistanın birinci prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Jirayr Liparityan dayanır və Liparityan İrəvanla Ankara arasında danışıqlar prosesində fəal iştirak edir, hakimiyyət orqanlarına və Ermənistan Respublikasının baş nazirinə müxtəlif məsləhətlər verir.

Qeyd olunur ki, Liparityan Ermənistan-Türkiyə prosesinin ardıcıl tərəfdarıdır və baş nazir Nikol Paşinyanla birbaşa “girişi” var. Danışıqlarda ölkə rəhbərliyinə “təlimat verir”.

Danışıqların digər dolayı iştirakçısı isə Ermənistanın İrandakı səfiri, ixtisasca türkoloq Arsen Avaqyandır. O, ötən ilin oktyabrında səfir təyin edilib, bundan əvvəl Xarici İşlər Nazirliyinin qonşu dövlətlərlə əlaqələr şöbəsinə rəhbərlik edib. Avaqyan Ermənistanın danışıqlarda xüsusi nümayəndəsi Ruben Rubinyanın əsas məsləhətçilərindən biridir.

Xatırladaq ki, ötən ilin dekabrında Ermənistan və Türkiyə münasibətlərin normallaşdırılması məsələlərini müzakirə etmək üçün xüsusi nümayəndələr təyin etmişdilər. O vaxtdan bəri diplomatlar Moskva və Vyanada iki raund danışıqlar aparıblar.

Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur, sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Ölkələr arasında münasibətlərin çətinləşməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi və Osmanlı İmperiyasında 1915-ci il erməni soyqırımının beynəlxalq aləmdə tanınması prosesinə Türkiyənin kəskin reaksiyası səbəb olur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image