image-4-2backend

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirildi

image-reklam_sirab_01

Ölkə başçısının tapşırıqlarına uyğun olaraq Bakı Şəhər və paytaxt rayonları İcra Hakimiyyətləri tərəfindən Bakı şəhərində yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir. Payız əkin mövsümü ilə əlaqədar Bakı Şəhər və Nərimanov Rayon İcra Hakimiyyətləri tərəfindən paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə növbəti ağacəkmə aksiyası təşkil edilib. Mövcud karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilmiş aksiyada icra strukturuna daxıl idarələrin əməkdaşları iştirak ediblər.

Aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada 400-ə qədər yeni, əsas etibarı ilə Eldar şamı, kiparis, şam, çinar və digər ağaclar əkildi. Aksiya bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.

Aksiya zamanı əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələlərin həll edilib, cavabdehlər müəyyənləşdirilib.

Mövsüm ərzində Bakı şəhərinin  yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin  davam etdirilməsi nəzərdə tutulmuşdur.

 

 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

image-7-2

image-2-2

image-3-2

image-5-1

image-1

image-4-2


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki