image-1626861202_dmitriy_peskov_131120-1backend

Peskov Kadırova həddini bildirdi: Bütün Rusiyanın prezidenti Putindi

image-reklam_sirab_01

“Xatırlatmaq istərdim ki, Rusiyanın xarici siyasətinin əsasları Rusiya dövlətinin başçısı tərəfindən formalaşdırılır. Və bizim ümumi sevincimizə görə, Çeçenistan Respublikasının subyekt kimi daxil olduğu Rusiya dövlətinin başçısı Vladimir Vladimiroviç Putindir”.

 

Vətəninfoi.az xəbər verir ki, bunu  Rusiya prezidentinin Mətbuat xidmətinin rəhbəri  Dmitri Peskov  Çeçenistan MR-nın rəhəbri  ramazan Kadırovun  Ukrayna ilə bağlı açıqlamalarına,eyni zamanda son günlər Çeçenistana investorların cəlbi ilə bağlı  yayınladığı açıqlamalara münasibət bildirən zaman deyib.

Peskov Kadırovun respublikaya investorların cəlb edilməsində çətinliklərlə bağlı sözlərini şərh edən zaman deyib ki,investisiyaya ümidsiz regionlar yoxdur, regionda müəyyən sənaye sahələrinin inkişafı üçün müəyyən ehtiyatlar mövcuddur, investisiya cəlbediciliyinin artırılması üçün ilkin şərait yaradılır”.

Peskovun sözləörinə görə,Rusiyada kifayət qədər yaxşı nəticə göstərən regionlar da var.Elə regionlar da var ki, onlar daha az iş görüblər və hələ də yetişməlidirlər.

Qeyd edək ki, daha əvvəl Çeçenistan parlamentinin sədri Maqomed Daudovun İnstaqram səhifəsində canlı yayımda olan Kadırov bildirib ki, Rusiya prezidentinin yerində olsaydı Ukraynanı çoxdan ələ keçirər, ora qoşun göndərərdi və  sifariş verərək əşyalarını  Kiyevə yerləşdirərdi.

 

Ötən ilin dekabrında Kadırov Ukrayna hakimiyyətinin anti-Rusiya siyasətini davam etdirəcəyi təqdirdə respublikanın “ölkəmizə birləşdirilməlidir” fikrini bildirmişdi.

Bu açıqlamasından sonra,ciddi tənqidlərə tuş gələn Kadırov daha sonra açıqlama verərək açıqlamasının yanlış anlaşıldığını bildirmişdi. Kadırov vurğulamışdı ki, bu, onun rayon rəhbəri kimi deyil, bir vətəndaş kimi fikridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki