image-arzuman-8777backend

Prezident hər bir vətəndaşın daha yaxşı yaşaması üçün əlindən gələni əsirgəmir

image-reklam_sirab_01

“Azərbaycan prezidenti İlham Əliyevin ötən gün imzalamış olduğu sərəncamla ölkədə minimum aylıq əməkhaqqının artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi, insanlarımızın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına əsaslı şəkildə təsir göstərəcək. Dövlət başçısının son sərəncamı demək olar ki, sosial sahədə atılan inqilabi addımlardandır”. Bu fikirləri  “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri fikrini onunla əsaslandırıb ki, indiyə qədər minimum aylıq əməkhaqqı az bir məbləğlə artırılırdı, lakin indi 45 manata qədər artım baş verib: “Bu da başadüşüləndir. Çünki indiyə kimi dövlətimizin imkanları, dövlət büdcəsinə daxil olan vəsaitlər bizə o qədər artım etməyə imkan verirdi. Ancaq son illərdə dövlət büdcəmiz artdıqca, gəlirlərimiz çoxaldıqca minimum aylıq əməkhaqqının artımında da ciddi fərq hiss olunur. Birdən-birə minimum aylıq əməkhaqqının 45 manat artırılması heç şübhəsiz ki, əhalinin sosial durumunun yaxşılaşdırılmasına öz təsirini gösrtərəcək”.
Arzuman Muradlı qeyd edib ki, ermənilərin viran qoyduğu, barbarcasına dağıtdıqları işğaldan azad edilən şəhər və rayonlarımızda genişmiqyaslı quruculuq-abadlıq işlərinin həyata keçirildiyi, bunun üçün milyonlarla vəsaitin sərf olunduğu bir vaxtda minimum aylıq əməkhaqqının artırılması həqiqətən inqilabi addımdır: “Bu bir daha cənab prezidentin əhalinin sosial durumunun yaxşılaşdırılması, insanların maddi rifahının yüksəldilməsinə nə dərəcədə diqqətlə yanaşdığının göstəricisidir”.
Arzuman Muradlı qeyd edib ki, İlham Əliyev 2003-cü ildə prezident seçildiyi gündən başlayaraq əhalinin sosial durumunun yaxşılaşdırılması, insanların həyat şəraitinin yüksəldilməsi məqsədilə uğurlu addımlar atıb və hazırda da bu proses davam edir: “Bu bir daha onu sübut edir ki, dövlət başçısı hər bir vətəndaşın taleyini düşünür, onun daha yaxşı yaşaması üçün əlindən gələni əsirgəmir”.olaylar.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki