Nəsimi Rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Veteninfo.az xəbər verir ki, bu gün hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən şəxsə verilmiş ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirildiyini əsas gətirərək Mahir Ələkbərovun 4 il müddətinə azadlıqdan mərhum edilməsini tələb edib.
Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt istəyib.
Proses yanvarın 18-də davam etdiriləcək.