Yorulanda dayanır, biraz piyada gedir, sonra dincəlib yenidən hərəkət edir… Azuqəsi də yanıdadır…
Özbəkistandan velosipedlə ümrə ziyarətinə gedən zəvvar Azərbaycandan keçib.
Bu səyyahla Şirvan şəhərində təsadüfən qarşılaşdıq. Qəhrəman Eşmirzəyevlə söhbət zamanı o, bildirdi ki, Özbəkistandan velosipedlə yola çıxaraq Səudiyyə Ərəbistanına – Məkkəyə Ümrə ziyarətinə gedir. O qeyd etdi ki, əvvəlcə Tacikistan, Əfqanıstan və İran üzərindən keçməyi planlaşdırsa da, yolların bağlı olması səbəbindən marşrutunu dəyişib. Buna görə də təxminən 40 gün vaxt itirib.
Səyyahla tanış olanlar onu süfrələrinə də dəvət ediblər. Azərbaycan yeməkləri onun xoşuna gəlib.
Qəhrəman Eşmirzəyev qeyd edib ki, Türkiyəyə keçəndə üzərində pul qalmasa, orada çalışıb pul əldə edib yoluna davam edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


























