Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Donald Trampı seçkilərdə qələbəsi münasibətilə təbrik etmək planlarından xəbərsiz olduğunu bildirib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Təbriklərə gəlincə, mən prezidentin Trampı seçki münasibətilə təbrik etmək planlarından xəbərsizəm”, – Peskov deyib.
ABŞ-da prezident seçkilərində səsvermə başa çatıb . İlkin hesablamalara görə, Tramp qalib gəlib.