image-55479backend

Qafqazın inkişafını təmin edən əməkdaşlıq

image-reklam_sirab_01

Qafqazın cənub sərhədləri Azərbaycan, Ermənistan, Gürcüstan, İran və Türkiyənin sərhədlərini təşkil edir. Qafqaz bölgəsi tarix boyu zəngin yeraltı xam maddə ehtiyatına sahib olub və tarixi olaraq ticarət yollarının kəsişmə nöqtəsi olmuşdur. Tarixi İpək yoluda buradan keçmişdir. Qafqaz iqtisadi layihələrin ən yüksək formada inkişaf edəcəyi bölgü ola bilərdi, lakin Azərbaycan və Ermənistan arasında 1988-1994-cü və 27 sentyabr 2020 – 10 noyabr 2020 ci illərə əhatə edən I və II Qarabağ müharibələri hər iki dövlətin iqtisadiyyatına, səhiyyəsinə, sosial yaşamına milyardlarla ziyan vurdu. Həm də bu təhlükə qonşu dövlətlərdən də zərərsiz ötmədi. Ticarət yollarının ümumiyyətlə, bölgənin hərtərəfli inkişafı üçün təhlükəli olan bu müharibənin, bir-birinə düşmən olan iki ölkənin münasibətlərinin düzəlməsi və inkişafı üçün əhəmiyyətli dərəcədə önəmli idi. Bununla iqtisadi layihələri həyata keçirmək üçün şərait yaranmış olar. Buna misal olaraq 44 günün sonunda bağlanan sülh müqaviləsini götürək.
Dağlıq Qarabağla bağlı üç tərəfli razılığa əsasən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni xətt inşa ediləcək. Qeyri-rəsmi şəkildə Mehri dəhlizi, “Turan qapısı”, Naxçıvan koridoru kimi müxtəlif adlar daşıyan bu şəbəkə Bakı-Naxçıvan-Qars dəmiryol xəttinin işə düşməsi deməkdir. Türkiyə ilə Azərbaycan arasında davamlı quru əlaqəsini təmin ediləcək bu xətt Ağ Evin də diqqət mərkəzindədir.
Mehri dəhlizi İrəvan üçün də həyati əhəmiyyət daşıyır. Bu dəhliz vasitəsi ilə Ermənistan ilə Rusiya arasında dəmiryolu xətti açılır. Yəni, Rusiyadan çıxan yüklər üç gün ərzində Ermənistanda olacaq. Naxçıvan koridoru həm Azərbaycanla Türkiyəni, həm də Ermənistanla Rusiyanı birləşdirəcək.
Aydındır ki, Naxçıvan koridoru Gürcüstan və İranın maraqlarına təhlükə yaradır. Xüsusən Gürcüstan üçün bu, arzuolunmazdır. Çünki ərazisindən neft və qaz kəməri keçən Gürcüstan Avropa Birliyi və ABŞ üçün cazibədar ölkə idi.
Şübhəsiz ki, Naxçıvan koridoru açıldıqdan sonra Gürcüstan və İrandan keçən kommunikasiya xətləri öz önəmini nəzərə çarpacaq dərəcədə itirəcək. Ancaq bu yolların işlək saxlanılması gərəkdir. Naxçıvan koridoru həm də Azərbaycana yönələn təzyiq mexanizmlərini bəri başdan sıradan çıxarır. Bölgəmizdə siyasi situasiya sürüşkən olduğuna görə bu yolların üçünü də diqqətdə saxlamalıyıq.
Onu da deyim ki, Naxçıvan koridorunun əhəmiyyəti təkcə Türkiyə ilə Türk Dünyasını birləşdirməkdən ibarət deyil. Söhbət daha böyük bir nəsnədən gedir. Çin ilə Avropa Birliyi arasında mal mübadiləsinin həcmi milyard deyil, trilyon dollarlarla ölçülür. Hazırda Çindən gələn mallar Orta Asiyadan keçir, gəmilərə vurularaq Xəzər üzərindən Ələt limanına daşınır. Oradan isə yüklər Bakı-Tiflis-Qars qatar xətti ilə Türkiyəyə, oradan isə Avropaya daşınır. Bu proses 2 həftə çəkir. Təbii ki, Avropa istehsalçılarının malları da eyni xətlə əks istiqamətdə Çinə göndərilir.
Bu isə o deməkdir ki, Çin və Avropa Birliyi də Naxçıvan koridorunun açılmasında maraqlıdır. Çünki bu, Avropa Birliyini Çinlə birləşdirən ən qısa yoldur. Çin öz mallarını dəniz və hava yolu ilə də Avropaya çatdırır. Qazaxıstan və Rusiya üzərindən keçən dəmiryolu da mal mübadiləsi üçün istifadə olunur. Ancaq bu faktdır ki, Qərblə Şərqi birləşdirəcək ən qısa yol (gələcək) Naxçıvan koridorundan keçir. Qafqazda iqtisadiyyatı, müttəfiqliyi, əməkdaşlığı möhkəmləndirəcək digər əhəmiyyətli müqavilələrdən biri də “Şuşa bəyannaməsi”dir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev Şuşa şəhərində Azərbaycan-Türkiyə arasında müttəfiqlik haqqında “Şuşa bəyannaməsi”ni imzalayıblar. Bu müqaviləyə əsasən Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Bəyannamədə beynəlxalq müstəvidə əməkdaşlıq, siyasi-iqtisadi, ticarət, mədəni, təhsil, idman, gənclər, enerji təhlükəsizliyi, hərbi sahələrində əlaqələrdən bəhs edilir.
İlham Əliyev deyib ki: “ Bəyannamədə ən önəmli məsələlərdən biri müdafiə sahəsindəki əməkdaşlıq, müdafiə sənayesi və qarşılıqlı hərbi yardım məsələləri ilə bağlıdır. Bu onu göstərir ki, biz həmişə bir yerdə olacağıq və bir-birimizin təhlükəsizliyini təmin edəcəyik”.
“Şuşa bəyannaməsi” Ermənistan və Rusiyaya mesajdır. Bu bəyannamə ilə Azərbaycan və Türkiyə Ermənistana uzanan əlləri tutmağı tövsiyə edib. Bu müqavilə ilə də Azərbaycan və Türkiyə Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılmasında səylərini birləşdirmiş oldu. Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.
Bəyannamənin digər maddələrinə əsasən – tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər.
Tərəflər minalanmış ərazilərin təmizlənməsi əsas götürülməklə Ermənistan işğalından azad edilmiş rayonlarda həyatın normallaşdırılması istiqamətində fəaliyyətləri dəstəkləyəcəklər. Tərəflər bildirirlər ki, iki dövlət arasında inkişaf etdirilən və onların milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməmişdir. Tərəflər Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhə və sabitliyə ziyan vurduğunu vurğulayaraq bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərini qətiyyətlə dəstəkləyirlər. Bu bəyannamə 15 iyun 2021-ci il tarixində Azərbaycanın 44 günlük şanlı müharibəsində geri qaytardığı Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində imzalanmışdır.
“Aramızdakı əməkdaşlığın adı müttəfiqlikdir və bu, özü hər şeyi deyir”
İlham Əliyev

Nəsimi Rayon gənci
Fatimə Hacıyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki