image-6b861240-8e23-3241-8b80-3461adc8fbdd_850backend

“Qalatasaray” 6 futbolçu ilə vidalaşır

image-reklam_sirab_01

Türkiyənin “Qalatasaray” klubu 6 futbolçusu ilə vidalaşacaq.

Veteninfo “Fotomac”a istinadən xəbər verir ki, müqavilələri başa çatan Rayan Babel və Sofyan Fequli “sarı-qırmızılar”la yollarını ayıracaq.

İcarə əsasında İstanbul təmsilçisində çıxış edən Halil Dervişoğlu, Erik Pulqar və İnyaki Penya da komandadan göndəriləcək. Karyerasını başa vurmağa hazırlaşan Arda Turan da bu gün “Adana Demirspor”a qarşı XXXVII tur matçında sonuncu dəfə “NEF Stadionu”nda meydana çıxacaq.

“Qalatasaray”ın mövsümün sonunda baş məşqçi Domenek Torrenlə də yollarını ayıracağı gözlənilir.

Qeyd edək ki, bu gün oynanılacaq “Qalatasaray” – “Adana Demirspor” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki