image-indir-1backend

Qalib Ölkə-Azərbaycan

image-reklam_sirab_01

Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da ta¬rixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoydu, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi.
İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin baş¬çısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, Xalq–Prezident–Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqla¬rımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı.
Şübhəsiz ki, dövlət başçımızın ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan bu qələbəyə, necə deyərlər, addım-ad¬dım yaxınlaşırdı. Münaqişənin davam etdiyi illərdə cənab Prezident çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik, həm də ordu quruculuğunda təxirəsalınmaz tədbirlər reallaşdırırdı. İştirakçısı olduğu ən yüksək beynəlxalq mərasimlərin tribuna¬larından Qarabağ həqiqətlərini dünyaya bəyan edir, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpağı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırırdı. Eyni zamanda, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təchizatının təmin edilməsi üçün səylər göstərdi.
Yeri gəlmişkən, müharibənin davam et¬diyi günlərdə dövlət başçısı xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyi müsahibələri ilə də respublikamızın haqq səsini dünya ictimaiyyətinə tutarlı arqumentlərlə çatdırdı, həmçinin Azərbaycanın beynəlxalq hü-ququn tələblərinə uyğun öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin döyüşlərin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldı.
Prezident İlham Əliyevin Füzuli və Cəbrayıl rayonlarına səfər zamanı Şuşa şəhərinə yolun çəkilişinə başlanılması mühüm tarixi hadisə idi. Dövlətimizin başçısı çıxışında bununla bağlı dedi: “Məhz Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək.
Prezident qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır, dəstəklənir, bütün beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz sözlərini deyiblər: “Onların arasında ən mötəbər təşkilat BMT-dir. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Yəni, beynəlxalq aləm bu məsələ ilə bağlı öz sözünü deyib. Tarixi ədalət də bizim tərəfimizdədir. Biz hamımız yaxşı bilirik və indi dünya da bilir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, ermənilər bu ərazilərə XIX əsrdə köçürülüb. Bunu əks etdirən bir çox tarixi sənədlər var və bu sənədlərin bir hissəsi, o hadisəni əks etdirən eksponatlar bu gün açdığım Tərtər Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilir. Bu, elmi kitablarda da öz əksini tapıb. 1978-ci ildə tikilən və ermənilərin İrandan Dağlıq Qarabağa köçürülməsini əks etdirən abidə də bunu təsdiqləyir. O vaxt ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illik yubileyi qeyd olunub və bunu əks etdirən abidə ucaldılıb. Münaqişə başlayan kimi ermənilər o abidəni dağıdıblar. Ancaq axıra qədər dağıda bilməyiblər. O abidənin qalıqları tapılıb, bərpa edilib və əyani sübut kimi artıq qorunur. Bu, bütün dünyaya göstərir ki, ermənilər bu ərazidə gəlmə millətdir, köçürülüblər. Necə köçürülüblər, kim tərəfindən köçürülüblər – biz bunu da yaxşı bilirik və tarix bunu təsdiqləyir”.
Qeyd etmək lazımdır ki, münaqişənin tərəflərinin bir-birindən kəskin fərqlənən mövqeləri münaqişənin sülh yolu ilə həllinə olan inamı azaldırdı.Həmçinin, ermənipərəst dairələr və ölkələr Azərbaycana qarşı reallığı əks etdirməyən qətnamə qəbul etdirməyə çalışırdılar. Müharibə dövründə bəzi ölkələr, BMT Təhlükəsizlik Şurasının üzvləri BMT Təhlükəsizlik Şurasında bizim əleyhimizə bəzi təşəbbüslər irəli sürmüşdülər və o təşəbbüslərin çox mənfi fəsadları ola bilərdi. Bu, bir daha Azərbaycana qarşı ədalətsizliyin növbəti təzahürü idi. Çünki biz öz torpağımızda vuruşurduq, öz ərazi bütövlüyümüzü bərpa edirdik.
Belə ki, Azərbaycan tərəfi beynəlxalq hüququn əsas prinsiplərindən biri olan dövlətlərin ərazi bütövlüyü prinsipinə əsaslandığı halda, Ermənistan tərəfi bu prinsipə daban-dabana zidd olan beynəlxalq hüququn digər bir prinsipinə – millətlərin öz müqəddaratını təyin etmə prinsipinə əsaslanırdılar.
Bu prinsipdən irəli gələn məqsədlərini reallaşdırmaq üçün və ya Azərbaycan tərəfini güzəştə məcbur etmək məqsədilə Dağlıq Qarabağdan əlavə Azərbaycana məxsus 7 rayonu da işğal etmişlər.
Mövqelərdə olan kəskin fərq yalnız o zaman sülhə gətirib çıxara bilər ki, iki tərəfdən biri mövqeyindən imtina etsin.
Ermənistanın səbəbsiz yerə mövqeyində hər hansı bir dəyişikliklər etməsini gözləmək sadəlövlük olardı.
Prezidentlər səviyyəsində təşkil olunan görüşlərin harada keçirilməsindən asılı olmayaraq, danışıqların müsbət nəticə verməsi üçün heç bir əsas mövcud deyildir.
Digər tərəfdən, münaqişənin sülh yolu ilə həllinə cəlb edilmiş ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin fəaliyyəti iki səbəbə görə nəticəsiz qalmaqdadır.
İlkin səbəb yuxarıda qeyd edilən tərəflər arasındakı kəskin ziddiyyətlər olsa da, digər səbəb Minsk Qrupunun tərəflərə təsir göstərə bilməməsidir. Minsk Qrupunun həmsdərləri bugünə qədər müxtəlif həll yolları təklif etsələr də, ya Azərbaycan tərəfinin, ya da Ermənistan tərəfinin etirazına əsasən müsbət nəticə əldə olunmayıb.
Bundan əlavə, hər iki tərəfdən əhali bir-birinə qarşı nifrət bəsləməyə sövq edilir.
Qarşı tərəfə nifrət cəmiyyətdə elə bir səviyyədə institutlaşıb ki, hökumətlərin xarici və daxili siyasətindəki uğursuzluqların səbəbi bu nifrət altında gizlədilir.
Aşılanan bu nifrətin fonunda hətta siyasi liderlərin belə danışıqların müsbət nəticə verəcəyinə inanmadıqlarını ehtimal etmək olar.
Əgər siyasi liderlər münaqişənin yaxın zamanlarda həll olunacağına inansaydılar, cəmiyyətdə qarşı tərəfə münasibətin dəyişdirilməsi ilə bağlı müvafiq işlər görülərdi. Ən azından nifrət aşılanmazdı.

Nəhayət, müharibənin sülh yolu ilə həll edilməsinin mümkün olmadığı üçün hərb yolu ilə həll edilərək 44 günlük vətən müharibəsində Azərbaycan əzəli torpaqlarına qovuşdu və Azərbaycan tarixə “Qalib Ölkə” kimi həkk olundu.

Nəsimi rayon gənci, İbadova Günay.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki