“Qarabağ” dünyanın ən məhsuldar ev komandasıdır.
Veteninfo.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri cari mövsüm yüksək liqa klubları arasında öz meydanında ən yaxşı orta məhsuldarlığa malikdir.
Ağdam təmsilçisi Premyer Liqadakı 10 ev matçında 37 qol vurub.
Komandanın orta məhsuldarlığı 3,7-yə bərabərdir.
Cari mövsüm öz meydanında ən azı 5 oyun keçirən yüksək liqa klublarından heç biri belə nəticəyə imza atmayıb. “Qarabağ”ın ən yaxın izləyicilərinin orta məhsuldarlığı 3,6-ya bərabərdir.
Buna üç komanda nail olub. “Ayaks” Niderland çempionatında 15 ev görüşündə 54 dəfə fərqlənib. “Vellinqton” (Yeni Zelandiya) 7 matçda 25, “Qokulam” (Hindistan) 5 qarşılaşmada 18 qol vurub.
Qeyd edək ki, Azərbaycan klubları arasında ikinci göstərici “Neftçi”dədir. Paytaxt klubunun məhsuldarlığı 1,71-ə bərabərdir.