“Bu qarşılaşma üçün doğru strategiyanı seçəcəyik”.
Bunu Veteninfo.az-a müsahibəsində “Qarabağ”ın futbolçusu Kadi Borges “Qəbələ”yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
26 yaşlı yarımmüdafiəçi bildirib ki, bəzən nəticəni nəzarətdə saxlamaq olmur: “Əsas işimiz meydanda doğru olanı etmək və məşqçilərin tapşırıqlarını yerinə yetirməkdir. İstənilən halda, ümid edirəm ki, sonda uğur qazanan biz olacağıq”.
Braziliyalı oyunçu yarımfinal matçlarının xeyli rəqabətli olacağını söyləyib: “Hər iki komandanın meydana əsl mübarizə əzmi ilə çıxacağına şübhə etmirəm. Öz komanda yoldaşlarıma, məşqçilər korpusuna inanıram”.
“Qəbələ” və “Qarabağ” komandaları arasında ölkə kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşması aprelin 20-də Qəbələdə, cavab oyunu isə aprelin 29-da Bakıda olacaq.
Kadi Borgesin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.