image-zefer-parbackend

“Qələbənin rəmzi Zəfər paradı”

image-reklam_sirab_01

 

 

Azərbaycan mərd oğullar yurdudur,

Dünya görür ordum necə ordudur!

Qan udduran zalım indi qan udur

Alçalan həm özü həm bayrağıdır

Ağbircəyim dur xına qoy saçına

Elim gedir Zəngilana, Laçına

Ucal, Vətən, ucal şöhrət tacına

Nisgil ötür indi zəfər çağıdır

10 dekabr 2020-ci il Azərbaycan xalqının möhtəşəm qələbəsinə həsr olunmuş Zəfər paradı keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın təxribatlarının və işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 20-dən etibarən başladığı Zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.

44 günlük hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan ordusu tərəfindən Cəbrayıl, Fizuli, Qubadlı, Zəngilan rayonu və 300-dən çox kəndlərimiz düşmən tapdağından azad edildi.

Uzaqgörən ümumilli liderimiz həmişə xatırladırdı ki, bizim güclü ordumuz, hazırlıqlı diplomatlarımız, bacarıqlı hərbiçilərimiz var və onlar da torpaqlarımızı geri alacaqlar.

Bəli. Elə də oldu. Ali Baş Komandan İlham Əliyev ordunu səfərbər edərək “Qarabağ Azərbaycandır”, – deyərək bir yumruq kimi ordunu birləşdirdi, düşmən üszərinə yeridi və qələbə çaldı. “Mən ata vəsiyyətini yerinə yetirdim”, – deyərək düşmən üzərində qələbə çaldı. Düşmənin küllü miqdarda hərbi sursatını Bakıya toplayaraq Zəfər paradında xalqa nümayiş etdirdi.

Zəfər sevindirir xalqı doyunca

Yürüş etdik uca dağlar boyunca

Göydən hənir gəldiyini duyunca

Düşmən qaçır qalan boş papağıdır

Doğma vətənimizdə əlamətdar günlərdə bir çox paradlar keçirilib, lakin bu Zəfər paradının önəmi bizə daha çox əzizdir. Bu Zəfər paradı 30 illik həsrətimizin, 30 illk arzularımızın paradıdır. Azad edilən torpaqlarımızda qaldırılan bayraqların zəfəridir. Bu paradda 3000 Azərbaycan əsgəri, zabiti, türk əsgər və zabitləri iştirak etdi.

Türkiyə və Azərbaycan dövlət rəhbərlərinin Zəfər paradında iştirakı bir millət iki dövlət olaraq sevnc və qürur hissimizi unudulmaz bir xatirəyə çevirdi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə birləşərək Azadlıq Meydanından keçməsi Azərbaycan xalqının qürur və sevinci idi – bu Zəfər paradında. Bu bizim hərbi qüdrətimizin Zəfər paradı idi. 150-dək hərbi texnika, raket və artilleriya qurğuları bütün dünyaya bizim gücümüzün nəyə qadir olduğunu sübut etdi.  Azad edilərkən Şuşa üzərində qaldırılan bayraq Zəfər paradında Azadlıq Meydanına gətirildi. Qalib Azərbaycan bayrağı dalğalandı Zəfər paradında

Sən mənim canımdan aralı ruhum

Göylərdə dolanan yaralı ruhum

Sən mənim axır ki, çin olan yuxum

Gerçəyə çevrilən nağılım Şuşa

Bəli, Qarabağımızın gözü olan Şuşa bayrağı Zəfər paradında, Azadlıq meydanında dalğalandı.

“Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur”- deyən Ali Baş Komandanımız cənab İlham Əliyev bütün siyasi partiyalararın liderlərinə sübüt etdi ki, Azərbaycan ədalətli mövqe tutmuşdur.

Azərbaycan və Türkiyə bayrağlarının dalğalanması dostluğun, qardaşlığın ən gözəl təcəssümü idi.

Bəli, Azərbaycan bundan sonra daha da inkişaf edəcək, azad eilmiş torpaqlarımıza yeni həyat qayıdacaqdır.

 

Bilsinlər şəhidlər, bilsin qazilər

Tökülən o qanlar olmadı hədər

44 gündə gəldi bu böyük Zəfər

Qarabağ bizimdi, hamı biləcək

Azərbaycan Zəfər günün mübarək!

 

 

Nəriman Həmidov adına 208 nömrəli tam orta məktəbin direktoru Məlahət Əsədova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki