2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına qatılacaq futbol azarkeşlərinə bu ölkədə cinsi əlaqə qadağan ediləcək.
Vətəninfo.az Daily Star-a istinadən bildirir ki, əks halda onları 7 ilə qədər həbs cəzası gözləyir.
News.ru yazır ki, bu, evli insanlar üçün istisnadır. Ölkə qanunlarına görə, cinsi əlaqəyə yalnız ər-arvad arasında icazə verilir. Eyni zamanda, əks cinsdən olmalıdırlar. Qətərdə homoseksuallıq həbslə də cəzalandırılır.
Polisdəki mənbə isə bildirib ki, evli deyillərsə cinsi əlaqə qadağandır.
Qətər Dünya Çempionatının Ali Komitəsi isə bildirib ki, Qətər mühafizəkar ölkədir ki, burada cinsi oriyentasiyasından asılı olmayaraq məhəbbətin ictimai ifadəsi qəbul edilmir.
Bundan əlavə, dünya çempionatında şənliklər təşkil etmək və spirtli içki qəbul etmək də qadağandır.
Qeyd edək ki, 22-ci futbol üzrə dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Bu, ərəb dünyasında ilk dəfə olaraq müsəlmanların çoxluq təşkil etdiyi ölkədə keçiriləcək ilk dünya çempionatı olacaq. Qətərdə yay çox isti keçdiyi üçün əvvəlcədən müəyyən edilmiş may-iyun ayları deyil, noyabrın sonu-dekabrın birinci yarısında keçirilməsi qərara alınıb.