ABŞ-da əmək bazarı ilə bağlı gözləntilər fonunda qızılın qiyməti cüzi düşüb.
Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,19 %, yaxud 3,25 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 727,25 ABŞ dollarına satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 1,08 % artaraq, 1 unsiyası 20,872 ABŞ dolları təşkil edib.
Treyderlərin əsas diqqəti ABŞ-da əmək bazarı ilə bağlı hesabatına yönəlib. Analitiklər sentyabr ayında işsizliyin 3,7 % səviyyəsində qalacağını güman edirlər.