image-neftbackend

Qızıl ucuzlaşıb

image-reklam_sirab_01

ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artması fonunda qızıl ucuzlaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,1%, yaxud 1,85 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 850,25 ABŞ dollarına satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,31% düşərək 1 unsiyası 22,108 ABŞ dolları təşkil edib.

ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyinin 2,97%-dən 3,007% səviyyəsinə çatması qızılın qiymətinə mənfi təsir göstərib.

Bundan başqa, daha bahalı dollar da qiymətli metal üzərində təzyiq yaradır. Belə ki, dolların indeksi 0,23% artaraq 102,55 bəndə çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki