image-77f99b3a-30c1-31ed-9b27-7a32a000a725_850backend

Qurban Qurbanov “Qarabağ”la 250-ci qələbəsini qazanıb

image-reklam_sirab_01

“Qarabağ” komandası baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında 250-ci qələbəsini qazanıb.

Veteninfo.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bu, XVI turdan təxirə salınmış “Sumqayıt”la oyunda gerçəkləşib. 5:0 hesabı ilə qalib gələn Ağdam klubu 50 yaşlı mütəxəssislə 250-ci dəfə üç xal qazanıb.

2008-ci ilin yayından “Qarabağ”a rəhbərlik edən Qurbanov bu müddətdə komandanı 416 çempionat görüşünə çıxarıb. Bunların 250-də qələbəyə sevinən mütəxəssis 105 heç-heçə və 61 məğlubiyyət də yaşayıb.

Qeyd edək ki, Qurban Qurbanov həm bir komanda ilə, həm ümumi qələbə sayında baş məşqçilər arasında ölkə çempionatları tarixinin rekordçusudur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki