image-de924a81-9bdc-35ba-a27c-01bd578f5caf_850backend

“Real Madrid” Modriçlə müqaviləni uzadır

image-reklam_sirab_01

İspaniyanın “Real Madrid” klubu futbolçusu Luka Modriçlə müqavilənin müddətini uzatmaq istəyir.

Veteninfo.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Canluka Di Martsio bildirib.

Tərəflər sözləşmənin daha bir uzadılması ilə bağlı danışıqlara da başlayıb. 37 yaşlı yarımmüdafiəçinin agentləri onun maaşının 12,5 milyon avroya qaldırılmasında istar edirlər. Bu, koronavirus pandemiyasından əvvəl xorvatiyalı oyunçunun aldığı məvacibdir. Modriçin özü də daha bir mövsüm “kral klubu”nda oynamaq niyyətindədir.

Qeyd edək ki, Luka Modriç cari mövsüm “Real Madrid”in heyətində 36 oyuna çıxıb, 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki