image-1677060887_arzuman-teze-1-2backend

“Rəsmi İrəvan sülh danışığından buna görə qaçır”- Arzuman Muradlı

image-reklam_sirab_01

“Bu həftə – iyunun 27-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutuldu. Atəş nəticəsində hərbi qulluqçumuz Əli Şükür oğlu Bəkirov yaralandı. Azərbaycan Ordusu yaralanmış əsgərimizin qisasını almaq üçün elə həmin gecə cavab tədbirlərinə başladı. “Qisas” adı altında keçirilən bu əməliyyatla qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edildi.” – Vətəninfo.az xəbər verir ki, bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Arzuman Muradlı qeyd edib ki, erməni tərəfi bu təxribatlarla sülh danışıqlarından qaçmaq niyyətindədir.

“Burada bir məqama diqqət çəkmək istərdik. Belə ki, sözügedən əməliyyatlar zamanı məhv edilən 5 nəfərdən 2-si Ermənistan Silahlı Qüvvələrinin (SQ) hərbçiləridir. Bunu Ermənistan tərəfi özü də etiraf edib. Beləliklə, Qarabağda məhv edilmiş şəxslər arasında Ermənistan Silahlı Qüvvələrinin hərbçilərinin olması bir daha sübut edir ki, Ermənistan ordusunun Azərbaycanın Qarabağ bölgəsində fiziki mövcudluğu faktiki olaraq davam edir. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan, eləcə də digər rəsmi şəxslər danışıqlar prosesində Qarabağda Ermənistan SQ-nin mövcudluğunu inkar edirlər. Bu fakt isə onların saxtakarlığını bir daha təsdiqləmiş oldu. Ermənistan tərəfi bu təxribatları törətməklə sülh danışıqlarından qaçmaq niyyətindədir. Bu təxribatları törətməkdə erməni tərəfinin məqsədi həm də Qarabağda olan qanunsuz silahlı birləşmələri qorumaqdır. Ancaq qısa zamanda  Qarabağda olan erməni silahlıları bölgədən təmizləncək” – deyə Arzuman Muradlı bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image