image-az-rbaycan-ordusu-2-780x405backend

Revanşizmlə mübarizədə Azərbaycan siyasəti

image-reklam_sirab_01

Müharibə bitib,Qarabağda artıq yenidənquruculuq işləri görülür və çox qısa bir müddətdə bu sahədə böyük layihələr həyata keçirilmişdir.Azərbaycan indi regionda sülhün və sabitliyin bərqərar olması istiqamətində təşəbbüskar təkliflər irəli sürür.Ermənistan höküməti  isə sülhə adekvat cavab vermək əvəzində bu prosesi təxirə salmaqla,öz revanşist əməllərinə davam edir.Məğlubiyyətlə barışa bilməyən “Failed state” intiqam niyyəti ilə dəfələrlə təxribatlar törədərək,Azərbaycan-Ermənistan sərhəddini qanunsuz şəkildə pozur.Sərhəddə hərbiçi və əsgərlər göndərərək planlı sürətdə Azərbaycan sərhəddini qoruyan hərbiçiləri özlərinə qarşı çıxarmaq,silaha əl atmalarına sövq cəhdləri is açıq şəkildə öz aciz vəziyyətlərini bəyan etməkləridir.Kapitulyasiya aktına imza atmaları və müharibənin nəticəsi olaraq iqtisadiyyatın çökməsinin səbəbini öz siyasətlərində axtarmaq niyyətində olmayan Ermənistan düşmən mövqeyini davam etdirməkdədir.10 Noyabr müqaviləsindən sonra təxribat törədərkən Azərbaycan hərbiçiləri tərəfindən tutularaq ədalətə mühakiməsinə təslim edilmiş erməni hərbiçilərinə saxtakarlıqla “müharibə dövründə götürülən erməni əsirləri” adını verməklə Azərbaycan dövlətinə qarşı ittihamlar irəli sürür.Bu ittihamları nəticəsiz qalsa da,hər vasitə ilə bu kimi məsələləri ön planana çəkərək üstünlük əldə etməyə çalışması sülh danışıqlarının təxirə salınmasına səbəb olur.

Tək Ermənistan höküməti deyil,erməni xalqı da öz saxta tarixlərinin gerçəkliyi ilə heç bir şəkildə barışmaq istəmir.Dəfələrlə etiraz aksiyalarının keçirilməsi,parlament binalarına kültəvi hücumları ilə KİV zəbt edən bu xəbərlər də təkcə hökümətin deyil xalqın da  sülh niyyətində olmadığının sübutudur.Azərbaycan tərəfi bütün bunların qarşılığında isə öz diplomatik siyasətini qoruyaraq sülh üçün hər zaman danışıqlara hazır olduğunu bəyan edir.Ermənistan xalqının muxtariyyət əldə etmək niyyəti isə absurd və qəbuledilməzdir.30 il ərzində saxtalaşdırılmış tarixin gerçəkliklərinin dünyaya bəyan olması ilə  onların əsl niyyətlərinin də aşkara çıxması yəqin ki,onları bu davranışlara sövq edir.Saxta“tarixi torpaqları”ı uğurunda mübarizəni davam etdirmələrinin əsl səbəbi isə elə məhz dünyanın gözündə hiyləgər əməllərinin üstünün açılmasıdır.Təkcə müharibədən sonra tərk etdikləri evləri,meşələri yandırmaları,məscidlərə,tarixi abidələrə vurduqları zərərlər belə gerçəklikləri sübut etməyə imkan verir.Qələbə əldə etdikdən sonra xarici dövlətlərin diplomatik nümayəndələrinin və mətbuat nümayəndələrinin işğaldan azad olunmuş torpaqlara və müharibə dövründə Ermənistan tərəfindən zərər vurulmuş Gəncə,Tərtər kimi şəhərlərə səfərlərinin təşkil olunması Azərbaycan gerçəkliklərinin dünyaya tanıdılmasında çox əhəmiyyətli yer tutur.Hansı yola əl atmalarından asılı olmayaraq Azərbaycan öz əbədi qalibiyyətini əldə etmişdir və heç bir saxta məlumatlar bu gerçəkliyi dəyişdirə bilməz.Şəhidlərin qanı,qazilərin canı bahasına alınan bu torpaqlara qarşı bir daha heç bir düşmən iddia irəli sürə bilməz.Ali Baş Komandanın hər zaman çıxışlarına “Dəmir Yumruq hələ yerindədir” ultimatumu isə bütün bu ittihamlara və qərəzli mövqelərə bir cavabdır.

Azərbaycan hökümətinin  sülh danışıqlarında vasitəçi rolunu oynmasına razı olduğu ATƏT-in Minsk qrupu isə bu məsələdə mühüm addım atmamaqda davam edir.Minsk qrupunun həmsədrlərindən olan Fransanın isə bitərəf olmağın əksinə olaraq Vətən müharibəsində nümayiş etdirdiyi qərəzli mövqeyi,özünə tərəf seçməyi məyusluq doğuran məsələlərdən idi.Lakin İlham Əliyevin təşəbbüsü ilə münasibətlər öz sabitliyi qorudu və bunun nəticəsidir ki,Fransa sülh mövqeyində olduğunu açıq bəyan edir.Azərbaycan Respublikası Prezidenti öz çıxışlarına hər zaman Ermənistan da daxil olmaqla bütün dövlətlərə münasibətdə öz ədalətli və diplomatik mövqeyini qoruyur.Hazırki vəziyyətdə regionda sülhün bərpa olunmasında danışıqların ləngiməsinin tək səbəbi isə Ermənistanın revanşizm siyasətinə davam etməsidir.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrantı

İsmayılova Ayşən İbrahim qızı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki