Braziliyanın əfsanəvi futbolçusu Ronaldo daha bir klub alıb.
Veteninfo.az saytının məlumatına görə, “yekədiş” ölkəsinin “Kruzeyro” klubuna sahib olub.
O, “Kruzeyro”nun səhmlərinin 90 faizini alıb. Bu, 46 yaşlı funksionerə 70 milyon dollara başa gəlib. Braziliya təmsilçisi Ronaldonun ikinci peşəkar klubudur. O, həmçinin İspaniyada “Valyadolid”in də sahibidir.
Qeyd edək ki, Ronaldonun futbolçu karyerasında ilk peşəkar komandası “Kruzeyro” olub. O, 1993/94 mövsümündə bu klubun heyətində 57 qol vurduqdan sonra Avropa macərasına başlayıb.