image-bez-nazvaniyabackend

Rövnəq Abdullayevin kadrlarının SOCAR-da “uzunömürlülüyünün” SİRRİ: Bədəl Bədəlova bu “dalğa”dan necə yayınıb?

image-reklam_sirab_01

Azərbaycanın ən mühüm strukturları sırasında öndə gələn Dövlət Neft Şirkətində (SOCAR) həyata keçirilmiş miqyaslı kadr dəyişikliyi qurumun sabiq patronu Rövnəq Abdullayev “era”sının sonunu gətirsə də, cəmiyyətdə SOCAR-la bağlı dolaşan aktual sualların bir çoxu cavabsız qalmaqdadır. O suallar arasında isə vaxtilə Abdullayevin şirkətə gətirdiyi və qurduğu mexanizmdə mühüm “detal”lara çevirdiyi kadrlardan bəzilərinin öz postlarında qalmaları ilə bağlıdır.

Həqiqətən də, SOCAR-ın keçmiş rəhbərinin topladığı komanda üzvlərinin onun gedişindən sonra vəzifədə saxlanmalarının səbəbi hər kəsi düşündürür. Çünki şirkətin fəaliyyətində nöqsanlar varsa, onlar komanda “oyun”unun nəticəsində yaranıb. Məntiqlə bu nöqsanlara görə Abdullayev qədər, onun müavinləri də məsuliyyət daşımalı və cavab verməlidirlər.

Qeyd etmək lazımdır ki, mediada və sosial şəbəkələrdə SOCAR-ın fəaliyyətinə yönəlik tənqidlərdə bəlkə də Abdullayevdən çox müxtəlif istiqamətləri kurasiya edən müavinlərinin adı hallanıb. Belə olan təqdirdə, haqlı tənqidin ünvanı statusunu özlərində saxlayan SOCAR vitse-prezidentlərinin işə davam etmələri çox düçündürücü məqamdır.

Medianın mənfi planda müntəzəm diqqət mərkəzində olan həmin kadrlardan adı qırmızı xətlə keçənlərdən biri də 2011-ci ildən şirkətin Sosial məsələlər üzrə vitse-prezidenti olan Bədəl Bədəlovdur. Vəzifədə olduğu on bir il ərzində Bədəl Bədəlovun ən müxtəlif məslələrdə hallanıb. Təbii ki SOCAR kimi şirkətdə sosial məsələləri kurasiya edən fiqurun əld etdiyi imkan və səlahiyyətlərdən sui-istifadə hallarının pərdə arxasında qalması mümkün deyil.

Bununla belə, Bədəlov bu imkanlardan öz məqsədləri naminə istifadə cəhdlərini pərdə arxasında saxlamağa ehtiyac görməyib. Ona görə də vəzifənin ona verdiyi səlahiyyətlərdən faydalanmaq üçün uzağa getməyi lazm bilməyib. Bir müddət əvvəl mətbuatda dərc olunan vətəndaş şikayətində Bədəlovun öz qonşusuna qarşı qanqstersayağı davranışından bəhs edilmişdi.

SOCAR-ın vitse-prezidenti dəbdəbəli villasının yaxınlığında tikilən kiçik daxmanı özü üçün “təhlükə” olaraq gördüyündən, şirkətin mhafizəçiləri vasitəsilə qonşusuna tikintini davam etdirməyi yasaqlamış, vətəndaşı təhdid etməkdən belə çəkinməməişdi. Əlbəttə, bu xarakterə malik yüksək məmurun övladlarının da atalarının yolu ilə getməsində təəccüblü heç nə yoxdur.

Ona görə də, Bədəlovun oğlu Elçinin sosial şəbəkələrdə öz “parlaq” həyat tərzini daim reklam etməsi adi hal kimi qarşılanır. Məlumata görə, Bədəlovun övladının 2015-ci ildə “Günəşli” yatağında baş verən məlum faciə ilə demək olar, eyni vaxtda bahalı maşınlardan ibarət kolleksiyasının sosial şəbəkələrdə sərgiləməsi onun mənəvi “zənginliyinin” göstəricisi sayılmalıdır.

Ancaq “həvəsdi-bəsdi” prinsipinin bəlli bir nöqtədə aktuallaşdığı vaxt özünü çox gözlətmədi. Yenə də media xəbərlərinin qəhrəmanına çevrilən Bədəl Bədəlovun digər oğlu Elvin “Naftalan Mərkəzi Sanatoriyası” adlı MMC təsis etməsi ilə gündəmə gəldi. O zaman 28 yaşı olan Elvinin biznesə hansı kapital əsasında başladığına dair suallar ritorik xarakter daşıyırdı. SOCAR-ın Sosial siyasət üzrə vitse-prezidentinin oğluna yönəlik belə bir sual səsləndirmək sadəcə, gülüşlə qarşılanardı.

Neft sektorunda çalışan sıravi işçilərin sosial xarakterli çoxsaylı şikayətlərini və sözügedən vitse-prezidentin məlum olan-olmayan biznesini də nəzərə alsaq, Bədəl Bədəlov personasının bütün cizgiləri tamamlanar.

Lakin nə qədər təəccüblü olsa da, Bədəlov şirkətdə aparılan kadr dəyişikliyindən kənarda qalaraq, bu “dalğa”nı ötüşdürməyi bacardı. Əlbəttə, bu “uğur”u onun öz adına yazmaq doğru olmazdı. Hər halda, aydın məslədir ki, Bədələovun postunda qalması onu uzun illərdir, himayədə saxlayan iriçaplı məmurların “xidmət”idir. Onlar Bədəlovun vəzifədə qalmasını təmin etməklə, həm də onun vasitəsilə təmin olunan şəxsi maraqlarını zərbədən qorudular. Şübhə yoxdur ki, dövlət vəzifəsini öz mənafeləri üçün vasitəyə çevirənlər bir gün dalana sıxacaqlar. Amma o günün ləngiməsi dövlətin maraqlarına qətiyyən uyğun deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki