image-reklam-veteninfo
image-1backend

AAYDA-nın tərəzi məntəqələrindən şikayət -156 ya yaşıl, vətəndaşa qırmızı işıq?

image-reklam-veteninfo

AAYDA- 5 saylı tərəzi-nəzarət məntəqəsində şəxsi avtomobillər saxlanıldığı halda, 156 nömrəli yük maşını həmin məntəqələrdən maneəsiz keçir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının Mühafizəsi Xidmətinə daxil olan 5 saylı tərəzi nəzarət məntəqəsindən yükdaşıma ilə bağlı narazılıqlar var.

Qaynar xəttə daxil olan videoda 156 nömrəli yük maşını ilə bağlı müxtəlif iddialar səsləndirilib.

Videoda danışan şəxs iddia edir ki, əvvəllər şəxsi yük avtomobilləri ilə daşınan yüklərin daşınmasına bu dəfə icazə verilməyib. Onun sözlərinə görə, eyni yük 156 nömrəli yük maşını ilə daşınıb.

Kadrlarda 5 saylı tərəzi-nəzarət məntəqəsinin və Qaradağ postunun adı çəkilir. İddia olunur ki, şəxsi avtomobillər saxlanıldığı halda, 156 nömrəli yük maşını həmin məntəqələrdən maneəsiz keçib.

Videoda bu vəziyyətə etiraz edən şəxs bunun bərabər yanaşma olmadığını bildirərək aidiyyəti qurumların məsələyə münasibət bildirməsini istəyib.

Qeyd edək ki, videoda səsləndirilənlər iddia xarakteri daşıyır və rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./Ajans.az/




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki