Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclası çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiyanın Baş naziri Mixail Mişustin arasında qısa söhbət baş tutub.
Vətəninfo.az xəbər verir ki, tədbirdən əvvəl nümayəndə heyətlərinin rəhbərləri iclasın keçiriləcəyi məkana elektrik mühərrikli avtomobillərlə yollanıblar. Diqqət çəkən məqam isə Paşinyan və Mişustinin eyni avtomobildə gəlməsi olub.
Hazırda Çolpon-Atada Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin hökumət başçılarının geniş tərkibli iclası davam edir. Görüşdə təşkilat çərçivəsində iqtisadi əməkdaşlığın inkişafı, inteqrasiya prosesləri və digər gündəm məsələləri müzakirə olunur.
Paşinyan və Mişustinin eyni avtomobildə hərəkət etməsi tədbir iştirakçılarının və media nümayəndələrinin diqqətini cəlb edib. Görüş zamanı tərəflər arasında qısa fikir mübadiləsinin aparıldığı bildirilib.


























