image-reklam-veteninfo
image-1backend

Rusiya Qara dənizdə  üç yük gəmisini BATIRDI

image-reklam-veteninfo

Rusiya Müdafiə Nazirliyi Qara dənizdə hərbi yük daşıdığı iddia edilən üç yük gəmisinə zərbə endirildiyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, avqustun 6-sı axşam saatlarından avqustun 7-si səhərədək Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun maraqları üçün istifadə edildiyi iddia olunan dəniz hədəflərinə qarşı əməliyyatlar həyata keçirib.

Bildirilib ki, Qara dənizdə hərbi yük daşıdığı iddia olunan üç yük gəmisi pilotsuz uçuş aparatları ilə vurulub.

Rusiya Müdafiə Nazirliyi əməliyyatın görüntülərini də yayıb. Məlumatda gəmilərin hansı ölkəyə məxsus olduğu və zərbələrin nəticələri barədə əlavə təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, Rusiyanın irəli sürdüyü iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki