image-reklam-veteninfo
image-1backend

Çin qızıl həmləsinə start verib

image-reklam-veteninfo

Çin Xalq Bankı (PBOC) iyul ayında qızıl ehtiyatlarına təxminən 20 ton (640 min unsiya) əlavə edərək ardıcıl beşinci ay alış həyata keçirib. Bu, 2023-cü ilin oktyabrından bəri qeydə alınan ən böyük aylıq qızıl alışı olmaqla yanaşı, son 22 ayın ən yüksək göstəricisi hesab olunur.

Vətəninfo.az xəbər verir ki, rəsmi məlumatlara əsasən, bankın qızıl ehtiyatları iyun ayındakı 75,44 milyon unsiyadan iyulun sonunda 76,08 milyon unsiyaya yüksəlib. Bununla da Çinin qızıl ehtiyatlarının ümumi bazar dəyəri 306,35 milyard dollara çatıb. Müqayisə üçün qeyd edək ki, iyunun sonunda bu göstərici 303,72 milyard dollar idi.

Məlumata görə, Çin Xalq Bankı mart ayından etibarən qızıl alışlarını tədricən artırır. Mart ayında 160 min unsiya, iyun ayında 480 min unsiya alan bank iyulda bu həcmi 640 min unsiyaya çatdıraraq ardıcıl beşinci ay ehtiyatlarını genişləndirib.

Ekspertlər bildirirlər ki, qlobal maliyyə bazarlarındakı qeyri-müəyyənlik və qızılın təhlükəsiz investisiya aləti kimi ön plana çıxması Pekinin ehtiyatlarını artırmaq strategiyasını sürətləndirməsinə səbəb olub.

Qeyd edək ki, iyul ayında qızılın dünya bazar qiymətləri də yüksəliş nümayiş etdirib. ABŞ-da inflyasiya gözləntilərinin zəifləməsi və investorların ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artıracağına dair ehtimalların azalması qiymətli metalın bahalaşmasını dəstəkləyən əsas amillərdən biri kimi qiymətləndirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki