Dünən “Fars” informasiya agentliyi İranın ali rəhbərinin hərbi məsələlər üzrə müşaviri Möhsün Rzayinin Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edildiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, agentliyin məlumatına görə, bu təyinat Məhəmmədbağır Zülqədrin istefasından sonra həyata keçirilib.
Bundan əvvəl İran mediasında ali rəhbər Müctəba Xameneyinin Məhəmmədbaqir Zülqədri vəzifəsindən uzaqlaşdıraraq onun yerinə hərbi müşaviri Möhsün Rzayini təyin etməyi planlaşdırdığı barədə məlumatlar yayılmışdı.


























