Sumqayıtda polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərində şübhəli bilinən iki nəfər saxlanılıb.
Belə ki, şəhər ərazisində “VAZ-2103” markalı avtomobilin qaçırılması barədə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə 34 yaşlı İ.Xəlilov müəyyən edilərək saxlanılıb.
Qaçırılmış avtomobil sahibinə təhvil verilib.
Bundan başqa, şəhər çimərliklərindən birində vətəndaşa məxsus mobil telefonu oğurlayan 38 yaşlı R.Ehtibarov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.


























