image-reklam-veteninfo
image-1backend

Tramp Ukraynaya bu silahı verməkdən imtina etdi: ABŞ-ın özünün bu raketlərə ehtiyacı var

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Donald Tramp mətbuat konfransında ABŞ-ın özünün “Patriot” raketlərinə ehtiyacı olduğunu bildirib və Kiyevə təchizat ehtimalını şərh edib.

“Bayden Zelenskiyə 300 milyard dollar dəyərində sursat verib. Mən 2021-ci ildə vəzifəsindən gedəndə ehtiyat dolu idi və indi onu doldururuq”, – deyə o bildirib.

Xatırladaq ki, “Financial Times” (FT) qəzeti əvvəllər Trampın Zelenskiyə “Patriot” raket tutucularını çatdırmaqdan imtina etdiyini, çatışmazlıqları və Yaxın Şərqdəki ABŞ aktivlərini qorumaq ehtiyacını əsas gətirdiyini bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki