image-reklam-veteninfo
image-1backend

Oliveyra erməni idmançı ilə  döyüşündən imtina etdi

image-reklam-veteninfo

Keçmiş UFC çempionu, braziliyalı Çarlz Oliveyra dostu və komanda yoldaşı Alan Nasimentonun vəfatı səbəbindən Arman Tsarukyanla keçirilməsi planlaşdırılan revanş döyüşündən imtina edib.

Vətəninfo.az xəbər verir ki, UFC döyüşçüsü Alan Nasimento avqustun 3-də yuxu zamanı keçirdiyi ürək tutması nəticəsində 34 yaşında vəfat edib. Bu hadisədən sonra Oliveyra yaxın dostunun itkisinə görə oktaqona çıxmamaq qərarı verib.

Bununla əlaqədar olaraq, UFC 331 turnirində Ermənistan təmsilçisi Arman Tsarukyanın yeni rəqibi müəyyənləşib. O, sentyabrın 19-da ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək turnirdə reytinqin 10-cu pilləsində qərarlaşan braziliyalı Maurisio Rufi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Tsarukyanla Oliveyra arasında revanş döyüşünün keçirilməsi gözlənilsə də, Nasimentonun qəfil vəfatı səbəbindən bu qarşılaşma baş tutmayacaq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki