image-10backend

“Rus aləmi”: Kreml “yumşaq gücü”nü sərtləşdirir

image-reklam_sirab_01

Qəzənfər Həmidoğlu

“Rus aləmi”nin (“Русский мир”) Moskvada keçirilən VII Ümumdünya Konqresindən belə qənaət çıxarmaq olar ki, Kreml “sistemli diskriminasiyalara məruz qalan rusiyalı həmvətənlər və rus dili” ilə bağlı beynəlxalq miqyasda daha aqressiv siyasət yürütmək niyyətindədir.

102 ölkədən 400 nümayəndənin iştirak etdiyi forumun iştirakçıları az qala bütün dünyanı rusofobiyada günahlandırır və bunun köklərini, Rusiyanın niyə sevilmədiyini araşdırmaqdansa, “qeyri-rus nanəciblər”ə qarşı ambisioz ideyalar, şübhəli kontrarqumentlər səsləndirirdilər. Dünya rusları incidirmiş: hüquqları pozulur, dilləri sıxışdırılır, dinləri üstə təqib edilir, tarixləri təftiş edilir, rusdilli KİV senzuraya məruz qalır, Rusiyadan kənarda “rus olmaq çətin işdir” və s. və i.a.

Şübhəsiz ki, “Русский мир” Rusiya hakimiyyətinin imperiya və digər ambisiyalarını özündə ehtiva edən ideoloqemadır. İdeoloqlarının sosial-mədəni fenomen kimi təqdim-təbliğ etdikləri “rus aləmi” Donbas təcrübəsində isə məhz “aqressiya silahı”na çevrildi. Elə RF xarici işlər naziri Sergey Lavrovun forumda səsləndirdiyi valideynlərindən biri rusiyalı olan qarışıq ailələrin övladlarına avtomatik olaraq Rusiya vətəndaşlığı vermək təşəbbüsündən də Putinin ekspansiya siyasətinin iyi gəlir…

Aşkar görünür ki, Kreml “Rus aləmi”ni “yumşaq güc” aləti kimi Rusiyanın yürütdüyü xarici siyasətin, xüsusilə də postsovet məkanındakı geosiyasi manevrlərinin sərt elementinə çevirməkdə israrlıdır…

Rus siyasətinin gözü kənarlardadır, evə yığışmaq istəmir. Bir lətifə var, kansler Bismarkdan feyk sitat kimi məşhurdur: “Rus ayısını mağarasından çıxarmağın 100 üsulunu bilirəm, amma onu ora geri soxmağın bir yolunu belə bilmirəm”. Amma biz bir dəfə bu yolu tapmışdıq, sonra əfqanlar da tapdı…

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki