image-c0326c78-ca75-4554-a0d2-f0c73a0854b0backend

Rusiya aviaşirkətləri daxili reysləri ləğv edir – Biletlər bahalaşır…

image-reklam_sirab_01

Rusiya aviaşirkətləri dövlət dəstəyinin kəsilməsi səbəbindən ölkə daxilində uçuşları ləğv etməyə başlayıb.

Bu barədə “İzvestiya” qəzeti yazıb. Məlqaələdə bildirilir ki, 2023-cü ildə Moskvadan yan keçən regional uçuşlar üçün subsidiyalar 9 milyarddan 7,5 milyard rubla endirilib. Səbəb büdcə kəsiridir.

Proqrama daxil olmayan ən çox marşrut Omsk və Tümen vilayətlərində, Tatarıstanda, Sankt-Peterburqda, Dağıstanda və Şimali Osetiyadadır.Daşıyıcılar artıq planlaşdırılmış reysləri ləğv etməyə başlayıblar. Belə ki, Kemerovo-Çita və Nijni Novqorod-Petrozavodsk marşrutları üzrə uçuş proqramları ləğv edilib. “Rossiya” aviaşirkəti Sankt-Peterburqdan Tobolska həftəlik iki uçuşu ləğv edib.

2023-cü ildə dövlət büdcəsi xərclərinin sekvestrləşdirilməsi səbəbindən proqram kəsilib. Nəqliyyat Nazirliyinə xərcləri 5% azaltmaq tapşırılıb.

Bölgələrin hakimiyyət orqanları indi çətin vəziyyətdədir – bir tərəfdən onlara federal dəstək vəd olunur və bunun üçün gələcək uçuşlar üçün yerli hava limanı və aerovağzal infrastrukturunun inkişafını tələb edir, digər tərəfdən isə maliyyələşdirməni kəsir.

Aprelin ortalarında Rusiya Nəqliyyat Nazirliyi 2023-cü ilin yay mövsümündə daşımalara subsidiyaların azalması səbəbindən daxili reyslər üçün aviabiletlərin 15-30% arta biləcəyi barədə xəbərdarlıq edib.

Aviasiyada yay mövsümü martın sonundan oktyabrın sonuna qədər davam edir. Ötən il aviaşirkətlər bu müddət ərzində ölkədaxili daşıma xərclərini ödəmək üçün dövlətdən 100 milyard rubl vəsait alıblar. Pul Rusiyanın Ukraynaya müdaxiləsindən sonra tətbiq edilən sanksiya məhdudiyyətləri fonunda ayrılıb.

2023-cü il aprelin əvvəlində Hava Nəqliyyatı Sahibkarları Assosiasiyası növbəti yay mövsümü üçün aviadaşıyıcılara subsidiyaların uzadılması təklifi ilə Nəqliyyat Nazirliyinə müraciət edib. Daşıyıcılar 100 milyard rubl istəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki