Rusiya “Pantsir-S” zenit-raket və silah sistemlərinin (ZRPK) Belarusa təhvil verildiyini açıqlayıb.
Veteninfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Diviziya hər biri 12-yə qədər zenit raketi daşıya bilən 12 döyüş maşınından ibarətdir.
Yüklər boşaldılandan sonra Rusiya hərbçiləri Belarus və Rusiyanın Vahid Regional Hava Hücumundan Müdafiə Sisteminin tərkibində dislokasiya zonasına gedəcək, mövqeləri təşkil edəcək və döyüş hazırlığı vəzifəsini yerinə yetirəcək.


























