image-1682597947_62backend

Rusiya Ermənistana yeni sanksiyalar tətbiq edib – Ermənilər rəzil durumda

image-reklam_sirab_01

Rusiya Ermənistana elan edilməmiş sanksiyalar tətbiq edib.

Bu barədə erməni teleqram kanalları məlumat yayıb.

Məlumatda bildirilib ki, erməni fermerlər və yük maşınları günlərlə kənd təsərrüfatı məhsullarını Rusiyaya apara bilmirlər. Gürcüstanda erməni sürücülərə və fermerlərə məlumat verilib ki, Rusiya tərəfi erməni yük maşınlarının ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib.

Bundan başqa, Ermənistana maye qaz idxal edən yük maşınları yanacaq doldurmaq üçün Rusiya ərazisinə daxil ola bilmir və bu səbəbdən də Ermənistanda maye qazın qiyməti son bir ayda demək olar ki, 80 faiz bahalaşıb. Rusiya tərəfi bu məhdudiyyətləri texniki problemlərlə izah edir./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki