image-reklam-veteninfo
image-1backend

Rusiya mühacirlərin təqibində ekstradisiyanı deportasiya ilə əvəz edir

image-reklam-veteninfo

Rusiya Baş Prokurorluğunun Mərakeş hakimiyyətinə göndərdiyi son sorğuda qeyri-adi detal ortaya çıxıb.

Vətəninfo.az  xəbər verir ki, rəsmi Moskva ekstradisiya mümkün olmadıqda həmin şəxsin deportasiya yolu ilə Rusiyaya qaytarılmasını istəyib.

Ekstradisiya beynəlxalq hüquqi mexanizmdir və yalnız cinayət işi çərçivəsində tətbiq olunur. Deportasiya isə miqrasiya qaydalarının pozulmasına görə dövlətin öz milli qanunlarına əsasən həyata keçirdiyi inzibati tədbirdir.

Mütəxəssislər bildirirlər ki, Rusiya Mərakeşi öz qanunvericiliyi əsasında qərar verməyə təşviq etməklə faktiki olaraq ekstradisiyanı deportasiya ilə əvəz etməyə çalışır, bu isə başqa dövlətin daxili işlərinə təzyiq kimi qiymətləndirilir.

Bu təcrübə yeni deyil: AİHM 2010-cu ildə “İskandarov Rusiyaya qarşı” işində Rusiyanı oxşar “gizli ekstradisiya”da günahkar bilmişdi. Digər nümunədə, “Bi-2” qrupunun Tailanddan Rusiyaya deportasiya tələbi də siyasi səbəblərə görə rədd edilmişdi.

Ekspertlər hesab edir ki, belə hallarda şəxsin yeganə hüquqi müdafiə vasitəsi siyasi sığınacaq üçün müraciət etməkdir, çünki bu heç bir ölkəyə onu deportasiya etməyə imkan vermir.Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki