image-reklam-veteninfo
image-1backend

Rusiya ordusu Kiyevi VURDU

image-reklam-veteninfo

Ukrayna mediasının yaydığı məlumata görə, ötən gecə Kiyevdə bir neçə partlayış baş verib. Hadisə zamanı paytaxtda hava hücumu xəbərdarlığı elan olunub.

Vətəninfo.az xəbər verir ki, hava hücumu xəbərdarlığı Kiyevlə yanaşı, Volın, Dnepropetrovsk, Jitomir, Kirovoqrad, Nikolayev, Poltava, Rivne, Sumi, Xarkov, Çerkassı və Çerniqov vilayətlərində də qüvvədə olub.

Qeyd edək ki, bundan əvvəl Ukrayna mediası Rusiya ordusunun gecə saatlarında həyata keçirdiyi hücum nəticəsində Kiyev vilayətinin Poqrebi yaşayış məntəqəsində güclü yanğın baş verdiyini bildirmişdi.

Məlumata görə, güclü partlayışdan sonra yaşayış məntəqəsinin üzərini qalın tüstü bürüyüb. Hadisə şahidlərinin sözlərinə görə, qonşu evlərin sakinləri əvvəlcə yüksək səs eşidib, daha sonra isə ərazidə yanğın baş verib.

Hadisənin nəticələri və mümkün itkilərlə bağlı əlavə məlumat açıqlanmayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki