“Türkiyədə qaz qovşağı ideyası həyata keçiriləcək – bu, hamının marağındadır”- Vətəninfo.az xəbər veir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
O,bildirib ki, Türkiyədə qaz qovşağı ideyasının həyata keçiriləcəyinə əmindir – bu, hamının: həm istehlakçıların, həm də təbii qaz istehsalçılarının maraqlarına cavab verir.
“Qaz qovşağına gəlincə, bu, tamamilə açıq fikirdir. Ümid edirik ki, həyata keçiriləcək. Yeri gəlmişkən, bu, hər kəsin, istər qaz istehsalçılarının – hasil edən ölkələrin, istərsə də istehlakçıların maraqlarına uyğun olacaq. Yenə qazla həqiqətən maraqlananların rasional davranışı olarsa”, – Qruşko bildirib.